Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, insident şəhər ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü F. İbrahimova döş qəfəsindən aldığı kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Zərərçəkən dərhal əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 22-də saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası, ağciyərin zədələnməsi diaqnozları təyin olunub. Vəziyyəti orta ağır olan pasiyentin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.