Bank Of Baku

Gəncədə 62 yaşlı kişinin meyiti tapılıb

Gəncədə 62 yaşlı kişinin meyiti tapılıb
# 10 oktyabr 2025 11:10 (UTC +04:00)

Gəncədə meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Kəlbəcər rayon sakini 1963-cü il təvəllüdlü X.Bayramovun meyiti yaşadığı əraziyə yaxın yerdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumata görə, 62 yaşlı kişini meyiti keçmiş məcburi köçkünlərin məskunlaşdığı "Qocalar evi"nin yaxınlığında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR