Bank Of Baku

Gəncədə 83 yaşlı piyadanı maşın vurub

Gəncədə 83 yaşlı piyadanı maşın vurub
# 12 fevral 2023 16:50 (UTC +04:00)

Gəncədə 83 yaşlı qadını maşın vurub.

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1940-cı il təvəllüdlü Nəzakət Məmmədovanı vurub. Yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR