Gəncədə ağac avtomobilin üstünə aşıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. İri gövdəli ağac İlham Məmmədova məxsus "Mercedes" markalı avtomobilin üzərinə aşıb. Avtomobildə kimsə olmadığından xəsarət alan olmayıb, maşına ciddi ziyan dəyib.