Gəncə şəhərində ümumi sahəsi 200 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
***
12.06.2023
Saat 21:38
Gəncdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Poçt qəsəbəsində qeydə alınıb.
Evlərin birində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.