Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A. Sadıqovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.