Bank Of Baku

Gəncədə avtomobil telefon dirəyinə və evə çırpılıb - FOTO

Gəncədə avtomobil telefon dirəyinə və evə çırpılıb - FOTO
# 20 oktyabr 2024 00:02 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin M.Axundzadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə minik maşını telefon dirəyinə daha sonra isə evə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Telefon xəttinə və avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə qəzaya yağışlı hava şəraiti səbəb olub.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR