Bank Of Baku

Gəncədə "Bazarstore"də yanğın olub

Gəncədə "Bazarstore"də yanğın olub
# 10 aprel 2023 10:25 (UTC +04:00)

Gəncədə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 m² olan mağazasının anbarında sahəsi 6 m² olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR