Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov prospektində yerləşən yaşayış binasında qeydə alınıb.
Dördmərtəbəli binaın zirzəmisində naməlum səbəbdən yanğın baş verib. Dərhal hadisə yerinə FHN yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.