Bank Of Baku

Gəncədə evdə partlayış olub, xəsarət alan var - YENİLƏNİB-1 - FOTO

Gəncədə evdə partlayış olub, xəsarət alan var - YENİLƏNİB-1  - FOTO
# 09 oktyabr 2025 17:49 (UTC +04:00)

Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-nin qüvvələri cəlb edilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

17.06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq verilən məlumata görə, bu gün saat 16:30 radələrində 1989-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. Bədənin II-III dərəcəli yanığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

***

16.47

Gəncədə evdə qaz partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərdə 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə, 1985-ci il təvəllüdlü E.Qurbanov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR