Bank Of Baku

Gəncədə iki piyadanı minik avtomobili vurub

Gəncədə iki piyadanı minik avtomobili vurub
# 31 oktyabr 2022 09:47 (UTC +04:00)

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən piyada, 2012-ci il təvəllüdlü H. Məmmədovu vurub, nəticədə, piyada beyin qanaxması və kəllə sümüyünün sınaqları ilə xəstəxanaya yerləşdirilib.

Digər piyadanın vurulma hadisəsi isə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək səkiyə çıxıb və nəticədə səkidə olan 1956-cı il təvəllüdlü Şahismayıl Xeybərovu vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Hər iki piyadanın vəziyyəti orta ağırdır. Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR