Bank Of Baku

Gəncədə itkin düşən 14 yaşlı oğlan tapılıb

Gəncədə itkin düşən 14 yaşlı oğlan tapılıb
# 25 sentyabr 2024 10:33 (UTC +04:00)

Gəncədə itkin düşən yeniyetmə tapılıb.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Y.Yaqubov tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Y.Yaqubov sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini deyiblər. Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR