Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan minik maşını "BakuBus"a məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə, minik maşınında olan 2006-cı il təvəllüdlü Q.Cabbarov hadisə yerində ölüb, 2 nəfər - 2005-ci il təvəllüdlü R.Quliyev və 2005-ci il təvəllüdlü Ə.Abdullayev xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, noyabrın 27-də saat 16:50 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.