Bank Of Baku

Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirib

Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirib
# 23 dekabr 2025 18:55 (UTC +04:00)

Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü O.Kulaib başının çapılmış yarası və travması ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Məlumata görə, O.Kulaib sözü gedən ərazidə yerləşən mağazaların birinə oğurluğa girib. Bu zaman 31 yaşlı kişi tutulduğunu görərək başını divara çırpıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, dekabrın 23-də saat 18:35 radələrində 1994 -cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Başın açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR