Bank Of Baku

Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxs Bakıya gətirilib - YENİLƏNİB

Gəncədə qaz balonunun partlaması nəticəsində xəsarət alan şəxs Bakıya gətirilib   - YENİLƏNİB
# 28 sentyabr 2024 18:06 (UTC +04:00)

Gəncədə maye qaz balonu partlaması nəticəsində xəsarət alan şəxs Bakıya aparılıb.

APA-nın yerli bürosunun məlumatına görə, partlayış nəticəsində yanıq xəsarətləri alan 66 yaşlı Y.Vəliyev bu gün Gəncədə müalicə aldığı xəstəxanadan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə hospitalizasiya edilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

***

09:24

Gəncədə evdə maye qaz balonu partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR