Bank Of Baku

Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs saxlanılıb

Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs saxlanılıb
# 08 aprel 2023 10:41 (UTC +04:00)

Gəncədə qəbiristanlıqlardan oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ. İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR