Bank Of Baku

Gəncədə qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO

Gəncədə qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO
# 13 oktyabr 2025 21:57 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Chevrolet”-ə arxadan çırpılıb.

Zərbənin təsirindən “Chevrolet” yol kənarındakı ağaca dəyib.

Qəza zamanı 1968-ci il təvəllüdlü E. Qurbanova, 1972-ci il təvəllüdlü S. Allahverdiyev və 1999-cu il təvəllüdlü R. Yusifzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən “Chevrolet” Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, 13 oktyabrda saat 19:20 radələrində 3 nəfər (1 qadın, 2 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Dəqiqləşdirilməmiş kəllə-beyin travması, sağ said sümüklərinin sınığı, sol qaşın çapılmış yarası diaqnozu təyin edilən 1968-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR