Bank Of Baku

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB
# 20 avqust 2025 01:07 (UTC +04:00)

Gəncədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1994-cü il təvəllüdlü Ə. Məmmədli, 1992-ci il təvəllüdlü A. Məmmədova, 2004-cü il təvəllüdlü G. Məmmədova və 2016-cı il təvəllüdlü Ö. Məmmədovdur.

Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, avqustun 20-də saat 00:40 radələrində 4 nəfər (2 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

00:29

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan “Changan” markalı avtomobillə toqquşub.

Daha sonra “Changan” idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR