Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 19-da saat 02:30 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olub, ambulator müalicə üçün evə buraxılıblar.