Bank Of Baku

Gəncədə sanitariya qaydalarının pozulmasına görə 5 nəfər cərimələnib

Gəncədə sanitariya qaydalarının pozulmasına görə 5 nəfər cərimələnib
# 07 iyul 2023 12:51 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Gəncə şəhəri ərazisində keçirdikləri tədbir zamanı çirkab suların torpağa axıdılması faktı aşkar olunub.

DİN-dən APA-ya verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə) maddəsinin tələblərini pozduqlarına görə şəhər sakini olan 5 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR