Gəncədə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
19.56
Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
APA-nın yerli bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R. Cəfərov polisə gedərək təslim olub.
***
15:03
Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum olub.
APA-nın yerli əməkdaşının məlumatına görə, 2009-cu il təvəllüdlü V.R.-i 2007-ci il təvəllüdlü R. Cəfərov bıçaqlayaraq qətlə yetirib.
Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
***
13:29
Gəncədə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi V.R. bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.