Gəncədə elektrik cərəyanı vuran 15 yaşlı oğlanla bağlı yeni məlumatlar var.
APA-nın yerli bürosunun məlumatına görə, bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.
Ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.
Yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırılma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
***
17:42
Gəncədə 15 yaşlı oğlan yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dəmiryolu vağzalı adlanan ərazidə vaqonda qeydə alınıb.
2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə oğlana tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə 15 yaşlı E.Cəfərovu elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.