Bank Of Baku

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
# 16 mart 2026 15:06 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Hyundai" və "Volkswagen Passat" markalı minik maşınları toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü H.Huseynov, 2006-cı il təvəllüdü E.Məlikli və 2004-cü il təvəllüdü İ.Huseynli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya verilən məlumata görə, martın 16-da saat 15:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR