Bank Of Baku

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 13 oktyabr 2025 19:07 (UTC +04:00)

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.10.2025-ci il tarixində saat 15:00 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

15:21

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. İki minik maşını toqquşub. Qəzada 3 nəfər - 2009-cu il təvəllüdlü S.Paşayev, 2007-ci il təvəllüdlü S.Əliyev və 1994-cü il təvəllüdlü T.Muradova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR