Bank Of Baku

Gəncədə yüksək qızdırma səbəbilə xəstəxanaya çatdırılan azyaşlı ölüb - YENİLƏNİB

Gəncədə yüksək qızdırma səbəbilə xəstəxanaya çatdırılan azyaşlı ölüb - YENİLƏNİB
# 22 fevral 2026 12:32 (UTC +04:00)

Gəncə şəhərində azyaşlı uşağın dünyasını dəyişməsi ilə bağlı Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.

APA-nın yerli bürosunun məlumatına görə, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

***

08:28

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR