Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nı yerli bürosunun məlumatına görə, şəhər ərazisində "Hyundai", "Toyota Corolla" və iki "VAZ 2107"markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.