Bank Of Baku

Gəncədə zəncirvari qəzada piyada ölüb, sürücü yaralanıb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Gəncədə zəncirvari qəzada piyada ölüb, sürücü yaralanıb - YENİLƏNİB-1  - FOTO  - VİDEO
# 28 dekabr 2022 01:57 (UTC +04:00)

Gəncədə zəncirvari qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib.

APA-nın xəbərinə görə, ölən şəxs Gəncə şəhəri Bayan küçəsinin sakini 1992-ci il təvəllüdlü Ramin Musayevdir.

01.15

Gəncədə baş verən zəncirvarı qəzada "VAZ-2106” sürücüsü 2001-ci il təvəllüdlü Hüseyn Məmmədov xəsarət alıb.

APA-nın xəbərinə görə, onun avtomobili zərbənin təsirindən yararsız hala düşüb.

***

00.39

Gəncədə piyadının ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlunatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ-2106" və "Daewoo Nexia"markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobilərin biri yolun kənarında dayanan orta yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR