Bank Of Baku

Goranboyda 33 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb - YENİLƏNİB-1

Goranboyda 33 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb - YENİLƏNİB-1
# 02 avqust 2026 09:04 (UTC +04:00)

Goranboyda oğlunu bıçaqlayaq qətlə yetirən ata saxlanıb.

APA -nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 03.55

Goranboyda atası tərəfindən qətlə yetirilən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur.

İlkin məlumata əsasən, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

***
03:39

Goranboy rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

İlkin məlumata əsasən, ata ilə oğlu arasında yaranan mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan şəxs hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR