İranın Mərkəzi ostanının Dəlican şəhərində yerləşən mis mədənində partlayış baş verib.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Mərkəzi ostanının Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə bu gün günorta saatlarından əvvəl qeydə alınıb.
Partlayış nəticəsində 2 fəhlə həlak olub, xəsarət alanlar isə xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.