Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində "Opel" markalı minik maşını yolu keçmək istəyən 1986-cı il təvəllüdlü A.Əliyevi vurub.
Daha sonra maşın idarəetmədən çıxaraq yolun kənarındakı su arxına aşıb.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 15-də saat 18:40 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü (kişi) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sağ göz yuvasının hematoması, sol çiyin sümüyünün və sol baldır nahiyəsinin sınığı diaqnozu təyin olunub. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir.