Bank Of Baku

Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub - YENİLƏNİB

Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub - YENİLƏNİB
# 28 avqust 2025 21:15 (UTC +04:00)

28.08.2025-ci il tarixində saat 19:30 radələrində Goranboy rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 2 yeniyetmə (qadın cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, 2008 və 2011-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi, bel-oma nahiyəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.

***

20:18

Goranboyda avtomobil iki piyadanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub. Hər iki piyada xəstəxananaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qəzadan sonra “VAZ 2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR