Bank Of Baku

Goranboyda döyülən şəxs xəstəxanada ölüb

Goranboyda döyülən şəxs xəstəxanada ölüb
# 24 mart 2026 09:57 (UTC +04:00)

Goranboyda qonşusu tərəfindən döyülən şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 3 gün əvvəl Goranboyda xəsarət alaraq Gəncədə xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Ə.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 20-də Goranboyun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər sakinləri 1985-ci il təvəllüdlü E.Ağalı ilə həmyerlisi 1994-cü il təvəllüdlü Ə.Əliyev mübahisə edib.

Mübahisə zamanı E.Ağalı Ə.Əliyevə xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR