Bank Of Baku

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 26 sentyabr 2025 14:57 (UTC +04:00)

Goranboyda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Goranboy yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" ilə "Naz Lifan" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü C. Hüseynov, 2000-ci il təvəllüdlü Ə. Əhmədov və Gəncə şəhər sakini A. Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəstəxanada tibbi müayinə edildikdən sonra onlar evə buraxılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR