Bank Of Baku

Goranboyda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
# 06 aprel 2023 11:10 (UTC +04:00)

DİN Goranboyda 4 nəfərin xəsarət aldığı yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi və 4 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə müvafiq araşdırmalar aparıb, nəqliyyatın hərəkəti bərpa olunub. İlkin araşdırmalar nəticəsində "VAZ" markalı avtomobilin aşması nəticəsində 4 nəfərin xəsarət alması müəyyən edilib.

Sürücü ilkin ifadəsində yol ayrıcına digər avtomobilin çıxdığını, ona görə idarəetməni itirərək avtomobili aşırdığını bildirib.

Hazırda müvafiq ekspertiza təyin olunub, araşdırma gedir.

Qeyd olunub ki, xəsarət alanlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb.

***

10.44

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni yol kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov və 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR