Bank Of Baku

Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var

Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var
# 21 iyul 2025 08:40 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 1973-cü il təvəllüdlü M.Əliyeva və 1979 cü il təvəllüdlü Ş.Əliyev xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR