Bank Of Baku

Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Goranboyda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb
# 30 iyun 2023 10:57 (UTC +04:00)

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Baxçakürd kənd sakini ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin rayon sakini Elşən Həsənov olduğu müəyyən edilib. Aparılan araşdırmalarla şübhəli şəxsin vətəndaşa məxsus evdən ümumi dəyəri 12.000 olan xalça, qab-qacaq və digər məişət əşyalarını oğurladığı aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR