Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ” markalı avtomobil ilə digər minik avtomobili toqquşub.
Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 2001-ci il təvəllüdlü S.Məmmədov və 1981-ci il təvəllüdlü M.Məmmədovadır.
Faktla bağlı araşdırma aparılır.