Bank Of Baku

Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
# 11 oktyabr 2025 09:24 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 21011" ilə "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü P.Quluzadə, 2015-ci il təvəllüdlü M.Quluzadə və 1987-ci il təvəllüdlü A.Musayev xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, oktyabrın 10-da saat 23:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. 2015-ci il təvəllüdlü azyaşlı (qadın) zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.Digər 2 nəfərin müalicəsi isə tibb müəssisəsinin cərrahiyyə və terapiya şöbələrində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR