Bank Of Baku

Goranboyda yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb- FOTO - YENİLƏNİB

Goranboyda yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb- FOTO  - YENİLƏNİB
# 08 iyun 2026 16:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar, 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əsgərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rza Yəhya oğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmayıl oğlununu meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

14.13

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb.

İki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər - 1969-cu il təvəllüdlü R.Qasımov və 1940-cı il təvəllüdlü Ş.Qarayev hadisə yerində ölüb.

Qəzada 5 nəfər-1991-ci il təvəllüdlü Ç.Əsgərova, 1967-ci il təvəllüdlü M. Əliyeva, 1942-ci il təvəllüdlü G.Qarayeva, 1953-cü il təvəllüdlü S.Cəfərov və 1994-cü il təvəllüdü G.Tağıyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, iyunun 8-də saat 13:00 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1-i kişi, 1-i qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara sağ bazu sümüyünün yerdəyişmə ilə sınığı və başın alın-təpə nahiyəsinin genişsahəli kəsilmiş yarası, sol bud sümüyünün yerdəyişmə ilə sınığı diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edilib ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bundan başqa, xəsarət alan 3 nəfər (qadın) bu gün saat 14:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR