Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib. Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.