Bank Of Baku

Goranboyda yol qəzasında ölən şəxs polis əməkdaşıdır - YENİLƏNİB

Goranboyda yol qəzasında ölən şəxs polis əməkdaşıdır - YENİLƏNİB
# 07 aprel 2023 09:35 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Goranboyda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

“Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin Goranboy Rayon Polis Şöbəsinə əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb”, - o deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

06:12

Goranboyda ölümlə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonu Zeyvə kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb. 1991-ci il təvəllüdlü Rəşad Məhərrəmov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR