Bank Of Baku

Goranboydan sel keçib, evləri su basıb - YENİLƏNİB-1

Goranboydan sel keçib, evləri su basıb -  YENİLƏNİB-1
# 01 iyul 2023 00:45 (UTC +04:00)

Goranboyda selin fəsadlar törədiyi kəndə FHN əməkdaşları cəlb olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Azad kəndə FHN-in canlı qüvvəsi və ağır texnikları səfərbər edilib.

Evlərə dolan suların çəkilməsinə başlanıb.

***

30.06.2023

Saat 23:57

Goranboyda baş verəb selin fəsadları ilə bağlı adiyyatı qurumlar kəndlərə cəlb olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon icra hakimiyyətinin başçısı yanında fövqəladə hallar komsiyasının sədri Seymur Nəzərov və icra hakimiyyətinin digər məsul şəxsləri rayonun Azad kəndinə baş çəkiblər.

Hazırda sözügedən kəndə gələn sel suyunun qarşınısının alınması üçün ağır texnika və canlı qüvvə cəlb olunub.

Komssiya tərəfindən kənddəki ziyan dəymiş evlərə baxış keçirilir,dəymiş ziyanın hesablamasına başlanılıb.

***

Saat 22:28

Goranboyda sel fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün yağan güclü yağışdan sonra axşam saatlarında rayonun Nizami, Dəyirmanlar, Azad kəndlərindən sel keçib.

Sel Bakı-Qazax yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR