Bank Of Baku

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib, xəsarət alan olmayıb - YENİLƏNİB

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib, xəsarət alan olmayıb - YENİLƏNİB
# 02 sentyabr 2026 08:04 (UTC +04:00)

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.

Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

Xəsarət alan olmayıb.



***
02:42

Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən mılumata görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR