Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla həmin şəxsin 1987-ci il təvəllüdlü Ramin Malxasov olduğu müəyyən edilib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, 37 yaşlı Ramin Malxasov Zaqatala rayonu Yuxarı Tala kənd sakinidir.