Bank Of Baku

Göyçayda iki avtomobil toqquşub, yaralılar var

Göyçayda iki avtomobil toqquşub, yaralılar var
# 24 iyun 2023 00:17 (UTC +04:00)

Göyçayda "VAZ 2107" markalı avtomobillə "VAZ 21011" markalı nəqliyyat vasitəsi toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb.

Qəzada 1998-ci il təvəllüdlü Kərimov Kənan Sahib oğlu, Babaşov Valeh Həsən oğlu və 1966-cı il təvəllüdlü Babaşova Nərgiz Kamal qızı xəsarət alıblar.

Yaralıların Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Fakt araşdırılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR