Bank Of Baku

Göygöldə 35 min manatlıq mal-qara oğurlanıb

Göygöldə 35 min manatlıq mal-qara oğurlanıb
# 03 iyul 2023 10:46 (UTC +04:00)

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR