Bank Of Baku

Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1

Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
# 30 avqust 2024 14:54 (UTC +04:00)

Avqustun 30-da saat 01:00 radələrində Göygöl rayonunun Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Bu barədə APA-nın sorğsuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir.

Yetər Kərimli

***

14.40

Göygöl rayonunda dərmandan zəhərlənənlərin kimliyi açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Balcılı kəndində baş verib. 1961-ci il təvəllüdlü Mətanət Qasımovanın 2018-ci il təvəllüldü Qasımzadə Fidan Ceyhun qızı, 2014-cü il təvəllüdlü Simuzər Vəliyeva və 2014-cü il təvəllüdlü Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir.

Nəticədə onların dördü də zəhərlənib, Aydan Orucova ölüb.

***

13.53

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib.

Zəhərlənmə nəticəsində on yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı kimyəvi preparatdan zəhərləndikləri ehtimal edilir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib:

""Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir", - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR