Göygöldə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndində 1962-ci il təvəllüdlü F.Məmmədov mal-qaranı örüşə apararkən Gəncə çayına yıxılaraq xəsarət alıb. 64 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.