Bank Of Baku

Göygöldə avtomobil iki qadını vurub

Göygöldə avtomobil iki qadını vurub
# 29 sentyabr 2024 23:12 (UTC +04:00)

Göygöldə piyadaların vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "VAZ "markalı minik maşını yolu keçmək istəyən 1982-ci il təvəllüdlü M.Əliyevanı və 1961-ci il təvəllüdlü M.Nəcəfovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR