Göygöldə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Firuzabad kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahəsi 300 kv metr olan ikimərtəbəli fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğın zamanı evin 155 kv metri əşyaları ilə birlikdə yanıb.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.